Cari ilin yanvar-noyabr aylarında 61 227,5 ha əkin sahəsinin bütün sahəsindən tərəvəz yığılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Yığım sahəsi, əkin sahəsinin 100%-ni təşkil edib.
Hesabat dövründə əkin sahələrindən yığılmış tərəvəzin kütləsi 1 812 834,6 ton təşkil edib ki, bu da illik müqayisədə 2 589,3 ton və ya 0,1% çoxdur. 2022-ci ilin yanvar-noyabr aylarında ümumilikdə 1 milyon 810 min 245,3 ton tərəvəz yığılmışdı.
Hər hektar sahədən yığılmış tərəvəzin kütləsi isə 296,1 sentner təşkil edib ki, bu da son bir ildə 69,1 sentner, yaxud 30,4% çoxdur.
2022-ci ilin 11 ayında məhsuldarlıq hər hektar üçün 265,3 sentner təşkil edib.
Məlumat üçün qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan xaricə 641 milyon 188 min dollar dəyərində 641 min 740 ton meyvə-tərəvəz ixrac edilib.
Bundan əlavə hesabat dövründə əsas ixrac olunan tərəvəz məhsullarında içərisində 140 milyon 469 min dollarlıq 124 min 302 ton pomidor, 31 milyon 54 min dollar dəyərində 71 min 170 ton kartof ixrac olunub.