Cari ilin yanvar-oktyabr aylarında 17 min 239 ha sahədən bostan bitkiləri yığılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, məhsul yığılmış sahə ötən illə müqayisədə 2 min 878,7 ha və ya 14,3% azdır.
Keçən iln müvafiq dövründə isə 20 min 117,7 ha sahədən bostan bitkiləri yığılmışdı.
Hesabat dövründə əkin sahələrindən yığılmış bostan məshullarının kütləsi 438 min 183,1 ton təşkil edib ki, bu da illik müqayisədə 30 min 517,4 ton və ya 6,5% azdır. 2022-ci ilin yanvar-oktyabr aylarında ümumilikdə 468 min 700,5 ton məhsul yığılmışdı.
Hər hektar sahədən yığılmış məhsulun kütləsi isə 254,2 sentner təşkil edib ki, bu da son bir ildə 21,2 sentner, yaxud 9,1% çoxdur.
2022-ci ilin 10 ayında məhsuldarlıq hər hektar üçün 233 sentner təşkil edib.