Azərbaycan 2023-cü ilin yanvar-dekabr aylarında 162,6 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 5 milyon dollar və ya 3% azdır.
Ötən ilin eyni dövründə isə Azərbaycan 167,6 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib.
Təkcə dekabr ayında 21,3 milyon dollarlıq pomidor ixrac olunub, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 4,5 milyon dollar (26,8%) çoxdur.
2022-ci ilin dekabr ayında 16,8 milyon dollarlıq pomidor ixrac edilib.