Son günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçməsi taxıl sahələrinə ziyan vurub.
Hava şəraiti pisləşdi: Aqrar Sığorta Fonduna müraciətlər başlandı
FED.az xəbər verir ki, kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyevin verdiyi məlumata görə, yağmurlu havaların intensiv şəkildə davam etməsi, həmçinin temperaturun aşağı olması yabanı bitkilərin və alaq otlarının yüksək sürətlə inkişafına münbit şərait yaradır.
"Bu hal mədəni bitkilərin, əsasən də taxıl bitkilərinın inkişafını ləngidir. Yabanı otların - vələmirin, pişikquyruğu kimi taxılçılığa böyük ziyan vuran alaq otlarının inkişafına səbəb olur", - M.Zəkiyev bildirib.
Mütəxəssis qeyd edib ki, bunun qarşısını almaq üçün erkən yazda taxıl sahələrində alaq otlarına qarşı herbisidlərlə kimyəvi mübarizə tədbirləri həyata keçirilməlidir:
"Vələmir yabanı taxıl bitkisi olaraq mədəni taxıl bitkilərinə nisbətən əlverişsiz mühitdə daha yaxşı inkişaf edir. Taxıl əkilmiş sahələrdə vələmirə qarşı müvafiq herbisidlərlə kimyəvi mübarizə tədbirləri həyata keçirilmədikdə, onun toxumları ilə sirayətlənmiş torpaqda digər mədəni otların inkişafının qarşısını alır. Bütün bunların baş verməməsi üçün növbəli əkinçilik sisteminə ciddi şəkildə əməl olunmalıdır. Sertifikatlı taxıl toxumlarından əkin üçün istifadə olunmalı, monokultur əkinçilikdən qətiyyətlə imtina edilməlidir". (Report)