Aqrar

“Novas Aqro”da - Yeni Təyinatlar

“Novas Aqro”da - Yeni Təyinatlar | FED.az
11:23 2 Mart 2021

Azərbaycanın ən böyük aqro layihələrindən olan “Novas Aqro” MMC-yə yeni təyinatlar olub.

Eləcə də bax: Aqrar Sığorta Müştərək şirkətinin keçmiş sədri "Azercell Telecom"a - TƏYİNAT ALIB

FED.az xəbər verir ki, pomidor istehsalçısı olan şirkətə yeni icraçı direktor və istehsal və əməliyyat üzrə direktor təyin olunub. Şirkətin yeni direktoru Araz Qurbanzadə bundan əvvəl bir çox şirkətlərdə müxtəlif rəhbər vəzifələri icra edib. İstehsal və əməliyyat üzrə direktor Rüstəm Rüstəmov da həmçinin ölkədə bir çox aqro bizneslərin idarəçiliyində çalışıb.

Qeyd edək ki, Novas Aqro Zirə qəsəbəsində böyük ərazidə pomidor yetişdirmək üçün qurulan parnik kopmlekslərindən ibarətdir. Şirkət istər ölkə daxili, istərsə də ixracat üçün pomidorların yetişdirilməsi və satışını həyata keçirdir. Müştərilər Novas Aqro məhsullarını əldə etmək üçün *2323 qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər. (Qafqazinfo)

Banner
Banner

Digər xəbərlər