“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin keçmiş sədri Azər Kərimov martın 1-dən “Azercell Telecom" MMC-də işə başlayıb.
Eləcə də bax: “AtaSığorta”da - Yeni Təyinat
FED.az xəbər verir ki, o, “Azercell Telecom" MMC-nin Təchizat zəncirinin idarə edilməsi departamentinin direktoru təyin edilib. Bu barədə FED.az-a A.Kərimovun özü məlumat verib.
Xatırladaq ki, A.Kərimov "Aqrar Sığorta"dan əvvəl “PAŞA Sığorta” ASC-nin Sığorta iddiaları və hüquqi təminat departamentinin rəisi, “Azərkosmos” ASC-də məxfi işlər üzrə mütəxəssis, “Kaas Telekom” MMC-nin baş direktoru vəzifələrində çalışıb.