Əsas məqsəd mövcud torpaq və su resurslarından intensiv yanaşmalar tətbiq etməklə səmərəli istifadə etmək, aqrar sahə üzrə yeni ideyaları, startapları dəstəkləmək, ərzaq təhlükəsizliyini təmin etmək, kənd yerlərində yaşayan əhalinin aqrar sahədə məşulluğunun artırılması yolu ilə sosial rifahının yaxşılaşması, yerli məzənnənin güclənməsinə dəstək verəcək ixrac potensialının artırılması, o cümlədən ixrac coğrafiyasının genişlənməsidir.
Azərbaycanda biznes kreditlərinə görə subsidiya verilməsi müddəti artırılıb - FƏRMAN
FED.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov "Agro Business Forum Azerbaijan-2023" forum-sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib.
2022-ci ildə Azərbaycanda "parnik"lərdə pomidor istehsalı - 8% ARTIB
"Belə ki, aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır. Ölkədə fermerlərə dəstək üçün müxtəlif növ subsidiya və kredit mexanizmləri mövcuddur.
Bununla yanaşı, biz aqrar biznes sektorunu dəstəkləmək üçün aqrar bazarımızı ədalətli rəqabətə açmışıq. Hazırda xarici şirkətlər heç bir bürokratik prosedur olmadan müstəqil olaraq öz məhsullarını fermerlərə təklif edə və dövlətin güzəştlərindən yararlana bilirlər. İnnovativ metodlara əsaslanan bu elektron xidmətlər aqrotexniki xidmətlərin idarəçiliyində tamamilə şəffaflıq yaradacaq, zaman itkisinin qarşısını alacaq və fermerlərə operativ xidmət göstərməyə imkan verəcək",- deyə Elçin Zeynalov vurğulayıb. (Apa)