2022-ci ildə Azərbaycanda istixanalarda pomidor istehsalının həcmi 369,337 min ton təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 7,6% çoxdur.
Azərbaycandan xaricə pomidor satanların - GƏLİRLƏRİ AZALIB
FED.az xəbər verir ki, bu barədə Dölət Statistika Komitəsindən məlumat verilib.
2022-ci ildə ölkədə 1,6 min hektar (azalma 5,9%) ümumi sahədə 3 154 istixana (azalma 2%) fəaliyyət göstərib.
Həmçinin, 2022-ci ildə istixanalarda 28,874 min ton xiyar (artım 25,5%), 691,5 to göbələk (artım 2 dəfə), 129,5 ton kələm (artım 7,8 dəfə), 42,1 ton lobya (artım 1,9 dəfə), 34,7 ton soğan (artım 3,6%), 30,2 ton bibər (azalma 19 dəfə), 29,3 min ton badımcan (artım 6,4 dəfə), 16,3 ton sarmısaq (artım 6,8 dəfə) və 204,4 ton çiyələk (artım 2,2 dəfə) istehsal olunub.
2022-ci ildə daha çox tərəvəz ölkənin Şəmkir, Abşeron, Salyan, Samux, Sabirabad, Kürdəmir, Tovuz rayonlarında, həmçinin Bakının Xəzər, Binəqədi və Sabunçu rayonlarlnda istehsal olunub. (İnterfaks-Azərbaycan)