Kreml Azərbaycan və Ermənistandan meyvə-tərəvəz idxalına qoyulan qadağaya münasibət bildirib.
Eləcə də bax: Rusiya Azərbaycandan alma və pomidor idxalını - Qadağan Etdi
FED.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bu məsələnin Kremlə aid olmadığını vurğulayıb.
Onun sözlərinə görə, meyvə-tərəvəzə qadağa qoyulması Kremlin deyil, profil qurumun səlahiyyətində olan məsələdir: “Təbii ki, bütün bunlar Nazirlər Kabineti ilə qarşılıqlı fəaliyyətdə edilir. Bu qərarların qəbul edilməsi ilə bağlı dəqiq kriteriyalar var. Bilirsiniz ki, bu qərarlar viruslarla bağlı pandemiya şəraitində qəbul olunub. Əlbəttə ki, buna xüsusi diqqət yetirilir. Ona görə də, həmin qurumun öz fəaliyyətini Kremllə razılaşdırmaq kimi vəzifəsi yoxdur”.
(Apa)