İmişli rayon istixanalarında bol məhsul yetişib. Təsərrüfatlarda beşinci yığım davam edir.
FED.az verir ki, bir neçə həftədir istixanalardan pomidor məhsulu tədarük edilir. Təsərrüfat rəhbəri Qoçu Bayramov bildirib ki, avqust ayında istixanalarda aqrotexniki işlər tamamlanaraq şitillər əkilib. İki hektarlıq istixanada 50 min şitil yetişdirilib.
Azərbaycanda 1 hektar torpaq sahəsindən - NƏ QƏDƏR GƏLİR ƏLDƏ ETMƏK OLAR? – BİTKİLƏR, MƏBLƏĞLƏR
Torpağın varsa işə başla: 1 hektar bağ salmaq neçə başa gəlir? – HESABLAMA, MƏBLƏĞLƏR
Kolların böyüməsində tozlandırmanı sürətləndirmək məqsədilə arılardan da istifadə edilib. İstixanalarda xarici sortlara üstünlük verilib. “Redqard” adı ilə tanınan və yüksək məhsuldarlığı ilə seçilən bu sortlar hesabına mövsümün sonuna kimi 350-400 ton pomidor məhsulu yığılması planlaşdırılır. Dörd dəfə aparılan yığım sayəsində 12 ton məhsul tədarük edilib. Məhsullar yerli bazarla yanaşı, xarici bazarlara da çıxarılır.
Təsərrüfatda 50 nəfərə yaxın vətəndaş iş yeri ilə təmin edilib. Qoçu Bayramov qeyd edib ki, hazırda 2,5 hektar ərazisi olan digər istixanada təmir işləri aparılır və növbəti ildən fəaliyyətə başlayacaq. Həmçinin təsərrüfat ərazisində açıq sahədə də tərəvəz bitkilərinin becərilməsi üçün torpaq işləri görülür.
İmişli Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Seymur Əsədov bildirib ki, cari ildə rayonda ümumi sahəsi 10,2 hektar olan 16 istixana təsərrüfatı fəaliyyət göstərib. Bunun 3,8 hektar sahəsində xiyar, 6,4 hektarında isə pomidor yetişdirilir. Cari ildə İmişli rayonunda istixanalardan bu günə qədər 225 ton pomidor, 65,2 ton isə xiyar məhsulu tədarük olunub və yığım davam edir.
İstixanalarda məhsul mövsümü növbəti ilin mart–aprel aylarına qədər davam edəcək. Hazırda məhsulun satış qiyməti 1 manat 50 qəpik təşkil edir (Azərtag).