May ayı ərzində təbiət hadisələrinin - leysan, dolu və qarın təsərrüfatlara vurduğu zərər respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalına, ümumi məhsuldarlığa təsir göstərəcək dərəcədə deyil.
Fermerlərdən Aqrar Sığorta Fonduna - 150 MÜRACİƏT DAXİL OLUB
FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimiayyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib. O bildirib ki, bölgələrdə hava şəraitinin kəskin dəyişməsi nəticəsində təsərrüfatlarını sığortalamış fermerlər tərəfindən Aqrar Sığorta Fonduna müraciətlər daxil olmaqdadır: "Müraciətlər əsasında Fond tərəfindən fermerlərə dəymiş zərərin müəyyən olunması üçün müstəqil sığorta ekspertlərinin bölgələrə ezam olunması təmin edilir. Ekspertlər tərəfindən dəymiş zərər müəyyən olunduqdan sonra sığorta ödənişlərinin edilməsi barədə qərar qəbul olunacaq.
May ayı ərzində təbiət hadisələrinin - leysan, dolu və qarın təsərrüfatlara vurduğu zərər respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalına, ümumi məhsuldarlığa təsir göstərəcək dərəcədə deyil".
V. Hüseynov qeyd edib ki, son dörd gündə bu məsələ ilə bağlı Fonda cəmi 12 müraciət daxil olub. "Yəni müraciətlərin sayının azlığı baş verən hadisələrin ümumi məhsuldarlığa təsirinin olmayacağını göstərir",-şöbə müdiri deyib. (Trend)