“Yaponiyanın düyü rezervləri son illərdə müşahidə olunan kəskin çatışmazlıqdan sonra ən yüksək səviyyəyə yüksələcək”.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər veirr ki, bu barədə Yaponiyanın Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi rəsmi açıqlama yayıb.
Azərbaycanda ilk dəfə: Əkin sahələrinin quraqlııqdan sığortasına hazırlıq başlayıb - MÜSAHİBƏ
Qurumun bildirdiyinə görə, 2027-ci ilin iyununa qədər şəxsi anbarlarda toplanan düyünün miqdarı tarixi maksimumu yeniləyərək 2,7 milyon tonu ötəcək. Qeyd edək ki, Yaponiyada standart ehtiyat norması təqribən 2 milyon ton hesab olunur.
Yaponiyanın Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi (MAFF) ölkənin düyü bazarı ilə bağlı strateji hesabatını yayımlayıb. Hesabata görə, son illərdə yaşanan kəskin qıtlıq və qiymət artımlarından sonra Yaponiyanın özəl düyü ehtiyatları 2026-cı ilin iyun ayının sonuna qədər son illərin ən yüksək səviyyəsinə — 2,34 milyon tona çatacaq.
Azərbaycanın xaricdən gübrə alışına çəkdiyi xərc 80%-ə yaxın artıb – QİYMƏT BAHALAŞIB
Xatırladaq ki, 2024-cü ilin yayından etibarən Yaponiyada "Reiva Düyü İğtişaşları" kimi adlandırılan ciddi düyü çatışmazlığı yaşanmışdı. Anomal istilər, məhsuldarlığın aşağı düşməsi və turist axını səbəbindən düyü qiymətləri son 11 ilin zirvəsinə qalxmışdı. Lakin nazirliyin mart ayındakı yeni proqnozları vəziyyətin tamamilə sabitləşdiyini göstərir.
Aqrar sığortada yenilik: Sığortalanan bitkilərin sayı 59-a çatdırılır - MÜSAHİBƏ
Belə ki, 2025-ci ilin məhsul yığımı gözləniləndən daha uğurlu olub (təxminən 7,47 milyon ton), bu da bazarda təklif bolluğu yaradıb. Nəticədə nazirlik özəl sektorun əlindəki ehtiyat proqnozunu əvvəlki təxminlərlə müqayisədə 50 min ton artıraraq 2,34 milyon tona çatdırıb. Bu rəqəm hökumətin "təhlükəsizlik diapazonu" hesab etdiyi 1,8 – 2,0 milyon tonluq səviyyəni xeyli üstələyir.
Ehtiyatların bu qədər yüksək olması bazarda düyünün qiymətini aşağı salacaq. Keçən ilin fevralında Yaponiyada düyünün orta pərakəndə qiyməti əvvəlki ilin analoji dövrü ilə müqayisədə 90%-ə yaxın artmışdı. 2025-ci ilin fevralının ilk həftəsi üçün 5 kiloqramlıq düyünün orta bazar qiyməti 3 829 yen (təxminən 41 manat – red.) təşkil edib. Bu göstərici, ötən ilin fevralında 2 000 yenə (təxminən 21 manat – red.) satılan 5 kiloqram düyü ilə müqayisədə 90%-lik bahalaşma deməkdir. Martın son həftəsində bəzi birjalarda düyü qiymətləri son 7 ayda ilk dəfə olaraq psixoloji hədd olan 4 000 iyen (5 kq üçün) səviyyəsindən aşağı düşüb. Bolluq nəticəsində qiymətlər bir qədər də enəcək.
Maraqlı odur ki, Yaponiyada ehtiyatların artımına təkcə istehsalın çoxluğu deyil, həm də tələbin azalması səbəb olub.
Belə ki, uzun müddət davam edən bahalıq zamanı yaponlar düyüdən daha ucuz məhsullara (məsələn, makaron və ya un məmulatları) üstünlük verməyə başlayıblar.
Digər tərəfdən, yaponların yaşlanması və əhalinin azalması düyü istifadəsini ildə azı 100 min ton azaldır.
Artıq 40 ildir ki, Yaponiyada ən çox tələbat olan düyü növü Koşihikaridir. Ötən ilin yayında Niiqata prefekturasında yığılan məhsulun cəmi 5%-i satış üçün yararlı hesab edilib, halbuki normal şəraitdə bu göstərici 80% təşkil edir. Məhz bu vəziyyət mağazalarda rəflərin boş qalmasına və dövlətin strateji düyü fondlarından istifadə edilməsi ilə bağlı müraciətlərə səbəb olmuşdu.
Yaponiya üçün düyü sadəcə qida deyil, milli təhlükəsizlik rəmzidir. 2026-cı ilin bu rekord rezerv xəbəri ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları tamamilə aradan qaldırır











