Kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi (kodlaşdırılması) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçiriləcək.
ELƏCƏ DƏ BAX: Arıçılara 316 min manat veriləcək
FED.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydaları”nda müvafiq dəyişiklik edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 25 iyun 2018-ci il tarixli fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti yenidən təşkil edilib. Baytarlıq nəzarəti sahəsində səlahiyyət yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyinə, baytarlıq sahəsində xidmət isə Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunub. Buna görə də qurumun adı dəyişdirilib, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti adlandırılıb.
Nazirlər Kabinetinin qərarına əsasən isə Qida Təhlükəsizliyi Agentliyi yaranmazdan öncə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə məxsus olmuş səlahiyyətlər də yenidən bölüşdürülüb və kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi (kodlaşdırılması) səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub.
İndiyə qədər olduğu kimi bundan sonra da heyvanların identikləşdirilməsi (kodlaşdırılması) xərcləri mülkiyyətçilərin vəsaiti hesabına maliyyələşdiriləcək.
Heyvanları kodlaşdıracaq qurum – MÜƏYYƏNLƏŞDİ
20:32
5 Dek 2018