Kənd Təsərrüfatı Nazirliyində Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
ELƏCƏ DƏ BAX: Arıçılara şad xəbər – QƏRAR VERİLDİ
FED.az nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, iclasda 11 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 1 249 arıçıya saxladıqları 31 565 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 315 650 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.
Qeyd edək ki, iclasda aşağıdakı rayonlar üzrə arıçılara subsidiyalar verilməsi barədə qərar qəbul olunub:
1) Ağstafa - 80 nəfər - 2 045 arı ailəsi - 20 450 manat
2) Balakən - 301 nəfər - 11 000 arı ailəsi - 110 000 manat
3) Cəbrayıl - 26 nəfər - 160 arı ailəsi - 1 600 manat
4) Cəlilabad - 96 nəfər - 2 000 arı ailəsi - 20 000 manat
5) Gədəbəy - 80 nəfər -1 068 arı ailəsi -10 680 manat
6) Göyçay - 39 nəfər - 1 500 arı ailəsi - 15 000 manat
7) İsmayıllı - 413 nəfər - 8 535 arı ailəsi - 85 350 manat
8) Lerik - 127 nəfər - 2 907 arı ailəsi - 29 070 manat
9) Oğuz - 47 nəfər - 1 750 arı ailəsi - 17 500 manat
10) Ucar - 22 nəfər - 300 arı ailəsi - 3 000 manat
11) Xocavənd - 18 nəfər - 300 arı ailəsi - 3 000 manat
Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadır. Rayon (şəhər) komissiyalarından zəruru sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.
Qeyd edək ki, iclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edir. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.