2021-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində kənd tə sərrüfatının vəziyyəti açıqlanıb.
Eləcə də bax: Gəncəyə 70 milyon manata yaxın investisiya - YATIRILIB
FED.az xəbər verir ki, Gəncə Şəhər Statistika İdarəsindən verilən məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində 61,2 ha əkin (ondan 29,0 hektar dənlilər və dənli paxlalı bitkilər, 32,2 hektar tərəvəz bitkiləri) aparılmışdır. Hesabat dövründə sahələrdən 52,5 ton taxıl, 103,4 ton tərəvəz, 641,6 ton meyvə və giləmeyvə, 378,1 ton üzüm toplanmışdır.
2021-ci ilin oktyabr ayının 1-i vəziyyətinə təsərrüfatlarda 1175 baş iribuynuzlu mal-qara (ondan 494 baş inək və camış), 1757 baş qoyun və keçi mövcud olmuşdur.
Gəncə şəhərində 2021-ci ilin yanvar-sentyabr aylarında heyvandarlıq bölməsində diri çəkidə 56,8 ton ət, 428,1 ton süd, 474 min ədəd yumurta, 2,6 ton yun istehsal edilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən süd istehsalı 72,5 ton (20,4 faiz), ət istehsalı isə 26,4 ton (1,9 dəfə), yumurta istehsalı 302 min ədəd (2,8 dəfə) artmışdır.
2021-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 1576,7 min manat, o cümlədən bitkiçilik məhsulları 926,4 min manat, heyvandarlıq məhsulları 650,3 min manat təşkil etmişdir. (Marja)