“Gəncə Aqro 2” MMC-nin 2025-ci il üzrə maliyyə vəziyyəti məlum olub.
Pambığın ucuzlaşmasından şikayətlənən “P-AQRO” MMC-nin ixrac gəlirləri – 25% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il şirkətin əsas əməliyyat gəliri 1 milyon 375 min manat olub. Bu, 2024-cü illə müqayisədə 222 min manat və ya 13,9% azdır.
Şirkətin satışlarının maya dəyəri illik müqayisədə 109 min 526 manat (28,3%) azalaraq 2024-cü ildəki 386 min 850 manatdan 277 min 324 manata düşüb. Şirkətin ümumi mənfəəti 1 milyon 97 min manata bərabər olmaqla, illik 113 min manat (9,3%) azalma göstərib.
Bu dövrdə inzibati xərclər 37 min manat (3,6%) artaraq 1 milyon 52 min manata yüksəlib. Əməliyyat mənfəəti 46 min manata bərabər olub ki, bu da, 2024-cü ildəki 195 min manatlıq göstəricidən 149 min manat və ya 4,3 dəfə azdır. 2025-ci ildə şirkət 125 min manat maliyyə gəliri əldə edib. Bu da, 2024-cü illə müqayisədə 60 min manat (92,4%) artım deməkdir.
Yekunda “Gəncə Aqro 2” MMC ötən ili 171 min manat xalis mənfəətlə başa vurub ki, bu da, 2024-cü ildəki 260 min manatlıq xalis mənfəətdən 89 min manat (34,3%) azdır. Xatırladaq ki, şirkət 2024-cü ili 260 min manat xalis mənfəətlə bağlamışdı.
Hesabat dövrünün sonunda MMC-nin cəmi aktivlərinin həcmi 14 milyon 20 min manata bərabər olub. Aktivlərin həcmi 2024-cü ildəki 8 milyon 570 min manatdan 5 milyon 450 min manat və ya 36,6% çox olub. Aktivlərin artmasının əsas səbəbi yenidən qiymətlədirmə üzrə aktivlərin 2024-cü ildə olmadığı halda, 2025-ci ildə 5 milyon 643 min manata bərabər olması olub.
Şirkətin öhdəlkilərində də cüzi artım olub - 8% artaraq 297 min manata yüksəlib.
2025-ci ilin sonunda “Gəncə Aqro 2” MMC-nin cəmi kapitalı 14 milyon 155 min manata bərabər olub. Bu, 2024-cü ildəki 8,5 milyon manatdan 66% çoxdur. Kapitalın artmasının səbəbi nizamnamə kapitalına əlavə yatırımların edilməsi olub.



















