Cari ilin yanvar-mart aylarında “P-AQRO” MMC-nin ixrac gəlirləri 12,1 milyon ABŞ dolları təşkil edib.
Pambıq lifi ixracı Azərbaycana 32 milyon dollar valyuta gətirib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Məlumata görə, MMC-nin ixrac gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 milyon ABŞ dolları və ya 24,7% artıb. Belə ki, 2025-ci ilin ilk üç ayında “P-AQRO” MMC-nin ixrac gəlirləri 9,7 milyon ABŞ dolları idi.
Şirkət ixrac həcminə görə, Azərbaycanın özəl şirkətləri arasında altıncı yerdə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac 862 milyon ABŞ dolları təşkil edib. Birinci rübdə ölkənin qeyri-neft ixracının 464 milyon manatı, yəni 53,8%-i 20 şirkətin payına düşüb. Bunlardan 10-u ən çox ixrac edən dövlət, digər 10 şirkət isə ən çox ixrac edən özəl şirkətlərdir. Özəl şirkətlərin ilk 10-luğu dövlət şirkətlərindən daha çox məhsul ixrac edib - 255 milyon dollara qarşı 209 milyon dollar.
Xatırladaq ki, ölkənin əsas pambıq ixracatçılarından olan şirkətlər dünyada pabmıqın ucuzlaşması ilə bağlı satış problemləri ilə üzləşmişdilər. Həmin şirkətlər bununla bağlı dövlət dəstəyi almaq üçün müraciət ünvanlamışdılar. Bu şirkətlərdən biri də «P-Aqro» MMC idi.













