ABŞ Kənd Təsərrüfatı Nazirliyi, planetimizi təhdid edən hava fəlakətləri fonunda bütün dünyada taxıl yığımı ilə bağlı proqnozları kəskin şəkildə aşağı salıb.
Eləcə də bax: Azərbaycan buğda idxalını - 12% Artırıb
FED.az xəbər verir ki, Agentliyin cümə axşamı açıqladığı aylıq hesabata görə, ən böyük istehsalçılardan biri olan Rusiyada məhsul yığımı ilkin təxminlərdən 15% və ya 12,5 milyon ton aşağı - 72,5 milyon ton olacaq.
"SovEkon" analitik mərkəzinin rəhbəri Andrey Sizov qeyd edir ki, uzun illərdir ki, Rusiya üçün reytinqlərdə bu qədər kəskin azalma olmayıb.
Sizovun sözlərinə görə, əlverişsiz hava istehsalın azalmasına səbəb olur: "Çox isti hava, xüsusilə Tatarıstan, Başqırdıstan və Orenburq kimi böyük istehsal bölgələrində yaz və qismən payızlıq buğdanın məhsuldarlığına mənfi təsir göstərib".
Rusiyanın taxıl ixracı ilə bağlı proqnoz isə 5 milyon ton azalma ilə 35 milyon tona endirilib.
Kanadada buğda yığımı ilə bağlı proqnoz 24% aşağı salınıb.
Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, ABŞ ştatlarında da taxıl istehsalında son 19 ilin ən pis mövsümü olacaq.
Hesabatın yayılmasının ardınca Çikaqo Birjasında buğda fyuçersləri 4,4% artaraq 9 illik maksimumunu yeniləyib - bir buşeli 7,59 dollara çatıb. (Marja)