Dövlət ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsi olacaq.
Eləcə də bax: Qlobal xammal və ərzaq qiymətləri son bir ildə - 46% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yeyinti məhsulları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, dövlət ərzaq ehtiyatları dövlət material ehtiyatlarının tərkib hissəsidir.
Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.