Neftin, metalların, taxılın və digər əsas malların və ərzaq məhsullarının qlobal qiymətləri 2021-ci ilin əvvəli ilə müqayisədə orta hesabla 46% artıb.
Eləcə də bax: AMB: "Ümumi inflyasiyanın 3/5-nü ərzaq inflyasiyası formalaşdırıb"
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Nikkei" iqtisadi qəzeti ekspertlərin hesablamalarına istinadən xəbər verir.
Qeyd edilir ki, sözügedən bahalaşma 1995-ci ildən bəri qeydə alınan ən yüksək artımdır.
Qiymətlərin artması qismən qlobal biznesin yaxşılaşması və bir sıra aparıcı ölkədə epidemioloji vəziyyətin yaxşılaşması fonunda istehlak tələbinin kəskin artması ilə bağlıdır. "Nikkei" bildirir ki, sözügedən qiymət artımlarında bir sıra regionda qeyri-sabit vəziyyətlə əlaqədar tədarükdə mümkün fasilələr də mühüm rol oynayır.
22 əsas əmtəə və ərzaq məhsulundan 9-u il ərzində 50%-dən çox bahalaşıb, o cümlədən, qəhvənin qiyməti 91%, pambığın qiyməti 58%, alüminiumun qiyməti 53% artıb. "Nikkei" vurğulayır ki, dünyada təbii qaz qiymətləri isə Ukrayna ətrafında baş verən hadisələrin güclü təsiri altında artır.