Avstraliyada buğda məhsuldarlığı kəskin şəkildə aşağı düşüb. FED.az xarici mətbuata istinadən xəbər verir ki, isti və quraqlıq səbəbindən yerli fermerlər problemlərlə üzləşib.
Özünəməxsus üzüm bağı var, 5 çeşiddə çaxır və 1 çeşiddə araq - İSTEHSAL EDİR
Yeni araşdırmaya görə, Hind okeanında qlobal istiləşmə Avstraliyanın böyük əhəmiyyətli buğda əkilən yerlərində iqlimin həddən artıq quru şəraitə doğru dəyişilməsinə və son üç onillikdə məhsuldarlığın kəskin azalmasına səbəb olub.
Avstraliya və Çin alimləri qlobal istiləşmənin davam edəcəyi təqdirdə buğdanın yetişdirilmə şərtlərinin daha da çətinləşəcəyi barədə xəbərdarlıq ediblər.
Yaxşı illərdə buğdanın orta məhsuldarlığı hər hektarda 2,5 tona çata bilər, lakin quraq olan illərdə məhsuldarlıq hektarda 1,5 tondan xeyli aşağı düşür.