Xəbər verildiyi kimi, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə kənd təsərrüfatı bitkilərinin və heyvanlarının sığortası başlanılıb.
Eləcə də bax:Azərbaycanda dövlət xəttilə sığortalanan aqrar məhsulların - Sayı Artırılacaq
FED.az xəbər verir ki, aqrar sığorta vasitəsilə 14 növ bitkini və məhsullarını sığorta etmək mümkündür. Bunlar buğda, arpa, qarğıdalı, çəltik, kartof, şəkər çuğunduru, üzüm, limon, narıngi, portağal, çay, fındıq, pambıq və tütündür.
Aqrar Sığorta Fondu (ASF) kənd təsərrüfatı bitkilərinin sığortası üçün müraciətlərin tarixlərini açıqlayıb.
Fondun məlumatına görə, fermerlər və əkin sahələrinin sahibləri 2021-ci ildə bitkilərin sığortalanması üçün müraciətlərə başlaya bilərlər.
Fond tərəfindən ayrı-ayrı bitki məhsulları üzrə fenoloji müddətləri nəzərə alınmaqla sığorta müraciətlərinin başa çatma tarixləri də müəyyən edilib.
Kartof bitkisinin və kənd təsərrüfatı heyvanlarının sığortası üçün isə ilin istənilən vaxtında müraciət etmək olar.
Məhsullar |
Müraciət üçün son tarix |
Şəkər çuğunduru |
05.03.2021 |
Üzüm |
15.03.2021 |
Çay |
30.03.2021 |
Limon |
10.04.2021 |
Narıngi |
10.04.2021 |
Portağal |
10.04.2021 |
Yazlıq taxıl |
15.04.2021 |
Pambıq |
20.04.2021 |
Tütün |
30.04.2021 |
Çəltik |
05.05.2021 |
Fındıq |
10.05.2021 |
Qarğıdalı |
07.06.2021 |
Payızlıq taxıl |
01.12.2021 |
Kartof |
İl boyu |
K/t heyvanları |
İl boyu |