Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Saatlıdakı əkin sahələrinin suvarılması ilə bağlı vəziyyəti açıqlayıb.
Suvarma suyundan istifadəyə nəzarət artırılır – TAPŞIRIQLAR VERİLDİ, RAYONDA GENİŞ TOPLANTI
Bu üsul əkinlərin suvarılmasında su itkisini - Azaldır - FOTO
Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov FED.az-a bildirib ki, ötən il Saatlı rayonunda 18 514 hektar taxıl, 16 930 hektar yem bitkiləri, 13 020 hektar pambıq, 252 hektar qarğıdalı, 2 649 hektar bostan-tərəvəz və 66 hektar silos qarğıdalı əkilib. Əkilən kənd təsərrüfatı təyinatlı bitkilərin suvarılması Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən həyata keçirilib.
Yuxarıda qeyd edilən sahələri ümumi uzunluğu 1400 km-dən artıq olan suvarma kanalları, 2000 ədəddən artıq sayı olan hidrotexniki qurğu, 63 ədəd nasos aqreqatı və digər köməkçi vasitələrlə suvarma suyu ilə təmin edir. İdarə rayon əhalisinin əkin sahələrini suvarma suyu ilə təmin etməklə yanaşı, heyvandarlıq təsərrüfatlarını, başqa köməkçi təsərrüfatlarını da su ilə təmin edir. Saatlı rayonu ərazisinin 17 856 hektara qədər sahəsi mexaniki üsulla, yəni nasos stansiyaları vasitəsilə su ilə təmin edilir, bu iş 63 ədəd nasos aqreqatı olan 48 ədəd nasos stansiyaları vasistəsilə yerinə yetirilir.
Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən 2022-ci ildə 94 ədəd hidrotexniki qurğu, 2 ədəd xidməti bina, 9 ədəd nasos stansiyası, 7 km nov kanal və 5 km istismar yolu cari təmir edilib. Eyni zamanda ötən il ümümi uzunluğu 707 km olan suvarma kanallarında 1900 min m³-dən artıq mexanizmlə lildən təmizlənmə işi görülüb. Belə ki, Smadakənd, Əliabad, Məmmədabad, Əlisoltanlı, Varxankənd, Qarala, Məzrəli kəndlərində və digər kəndlərdə suvarma kanalları lildən təmizlənib. Ümumiyyətlə görülən kompleks meliorativ tədbirlər nəticəsində rayon ərazisində suvarma yaxşılaşdırılıb.
Qeyd edək ki, Saatlı Suvarma Sistemləri İdarəsi 60 000 hektara yaxın suvarma şəbəkəsi ilə əhatə olunmuş sahəyə xidmət edir. Hazırda idarə yeni suvarma mövsümü üçün hazırlıqlarını yekunlaşdırıb.