Azərbaycan hökuməti dizel yanacağının qiymətinin bahalaşması ilə əlaqədar fermerlərə subsidiyaları artıracaq.
"Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyalar artırılacaq".
Eləcə də bax: «Dizel yanacağının ekoloji zərərini nəzərə alaraq…» - HÖKUMƏTDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Xidmətdən həmçinin bildirilir ki, tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlərin intensivliyi daha da artırılıb.
Xəbər verildiyi kimi, Tarif (qiymət) Şurasının qərarına əsasən 2021-ci il yanvarın 5-dən etibarən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.
Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti dövlət tərəfindən tənzimlənir. (İnterfaks)