Buğdanın qiyməti artmaqda davam edir.
Eləcə də bax: Buğdada - MÜHARİBƏ TƏHLÜKƏSİ
FED.az xəbər verir ki, Rusiya və Ukrayna kənd təsərrüfatı məhsullarının ixracında mühüm oyunçular sırasındadır. Bu səbəbdən də iki ölkə arasındakı münaqişənin qlobal ticarətə mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıqlar var. Qlobal buğda ticarətinin üçdə birindən çoxu (təxminən 35%-i) bu iki ölkənin payına düşür.
Sidneydəki Rabobank-ın analitiki Dennis Voznesenski qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsinin genişmiqyaslı təsirləri olacaq və əlavə edib ki, “böyük miqyaslı münaqişə artan xərclər və nəqliyyat çətinlikləri səbəbindən regional ixracı ən azı qısa müddətə dayandıra bilər."
Rusiyanın işğalı artıq kənd təsərrüfatı sahəsində çətinliklərə səbəb olub. "Bunge" kimi bəzi aparıcı ərzaq və kənd təsərrüfatı şirkətləri bölgədəki fəaliyyətini dayandırmalı olublar.
Çikaqo birjasında buğdanın buşelinin qiyməti 2,8 faiz artaraq 2008-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə - 9,6075 dollara çatıb. Qarğıdalının qiyməti bir buşel üçün 1,3% artaraq 6,99 dollara, soya paxlası isə 0,9% artaraq 16,69 dollara yüksəlib. (Marja)