2021-ci ildə Oğuzda 200 hektardan artıq yeni bağ salınıb.
Torpağın varsa işə başla: 1 hektar bağ salmaq neçə başa gəlir? – HESABLAMA, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə rayon icra hakimyyətindən bildirilib.
Kilosu 2,5 manata çatır - Hektardan 30-35 ton Məhsul Verir
Hazırda Oğuz rayonunda 6052 hektar meyvə bağı var. Hələlik bunların yalnız 2 777 hektarı, yəni yarısından da az hissəsi bar verir. Təkcə 2021-ci ildə rayonda 203,4 hektar yeni meyvə bağları salınıb. Yeni bağların 21 hektarı fındıq, 81,4 hektarı qoz, 101 hektarı badamdır.
Badam və qoz bağlarının güzəştli sığortası başladı – ŞƏRTLƏR, QİYMƏTLƏR
Ümumilikdə isə Oğuzdakı bağların 4 277 hektarı, yəni 70%-dən çoxu fındıq bağlarıdır. Bu bağların da hələlik yalnız 1 870 hektarı bar verir. Ötən il fındıq bağlarından 715 ton məhsul götürülüb, bu əvvəlki illə müqayisədə 223,4 ton və ya 45,5 faiz artıqdır.