“Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında tütün əkini kampaniyası başa çatıb. Builki mövsümdə cəmiyyət tərəfindən həmin rayonlarda 875,2 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.
Eləcə də bax: Yapon şirkəti Azərbaycanda - 680 Hektar Tütün Əkdirib
FED.az xəbər verir ki, bu barədə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.
Qurumun rəsmisi bildirib ki, tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 130 fermerlə müqavilə bağlanılıb. Hazırda tütün sahələrində becərmə işləri davam etdirilir. Fermerlər tərəfindən indiyədək 700,2 hektar sahədə birinci suvarma, 505,1 hektarda birinci kultivasiya, 870 hektarda isə birinci kətmənləmə işləri aparılıb.
Təsərrüfatlarda yaşıl tütün yarpağının dəriminə iyunun sonunda başlanılması nəzərdə tutulur. (Azərtac)