Qərb bölgəsində yerfındığının yığımı başa çatmaq üzrədir. Sahədən yığılan məhsul qurudulub təmizlənir, qabıqlı və ya dənələri qovurulmuş halda satışa çıxarılır.
/Torpağın varsa işə başla: 1 hektar bağ salmaq neçə başa gəlir? – HESABLAMA, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Şəmkir rayonunun Sarıtəpə kəndində əsasən axıska türkləri tərəfindən becərilən bu bitkinin əkininə son illər tələbat artıb. Sakinlər 30 ilə yaxındır ki, yerfındığı əkib becərirlər.
Azərbaycanda 1 hektar torpaq sahəsindən - NƏ QƏDƏR GƏLİR ƏLDƏ ETMƏK OLAR? – BİTKİLƏR, MƏBLƏĞLƏR
Payızın soyuq günləri olmasına baxmayaraq, yerfındığı bitkisi mövsümün bu dönəmində torpaqdan çıxarılır. İşin əsas mərhələsi də bundan sonra başlayır. Bir yerə toplanan yerfındığının yaşıl kütləsi qurudulur, bir neçə gün saxlanılır. Bundan sonra isə yerfındığının gövdədən əl ilə təmizlənməsi prosesi başlayır.
Hər hektardan 50-60 sentner məhsul götürülür - Maya Dəyərindən 10-15 Dəfə Baha Satılır
Tələbata gəlincə, alıcısı olduğundan sakinlər satışda ciddi çətinlik çəkmirlər. Məhsul sahibləri hazırkı qiymətlərin onları qane etdiyini deyirlər. “Bu bitki əsasən Özbəkistanda becərilir. Biz toxumları oradan gətirib əkmişik. Torpaqdan çıxarıldıqdan sonra 10-15 gün qurumasını gözləyirik. Bizdə təmizləmə, qurutma texnikası olmadığına görə, əl əməyindən istifadə edirik”, – deyə kənd sakini Virşan Meralıyev bildirib.
Məhsul sahibləri deyirlər ki, xarici ölkəyə ixrac edilsə, yağ müəssisələri açılsa, yerfındığı əkininə maraq daha çox artar. Kənd sakini Məhəmməd Abuzər: “Yerfındığı gəlirli bitkidir. Yəni hektara 200 kiloqram əkirsən, 2 ton məhsul verir. Hazırda bir kiloqramının topdansatış qiyməti 3 manatdır. Məhsulumuz dünya bazarına, yaxud Rusiyaya, başqa dövlətlərə ixrac olunsa, ya da ki, öz zavodumuz olsa lap yaxşı olardı”.
Yer fındığı əkən torpaq sahibləri bir hektar sahəyə təxminən 1500 manata qədər vəsait xərcləyir. Elə də susevər olmayan bu bitki cəmi 4 dəfə suvarılır. Təxminən 3 dəfə də alaq otlarından təmizlənir. Məhsulun saxlanması da asandır. Quru şəraitdə saxlanarsa, uzun müddət xarab olmur. Becərildiyi müddətdə dərmandan da istifadə olunmur.
Qeyd edək ki bəzi ölkələrdə yerfındığı toxumlarından ərzaq yağı almaq üçün əkilib becərilir. Tərkibində 60 faizə qədər yağ, 35 faizdən çox zülal var.