Azərbaycanın Abşeron rayonunda ən gəlirli meyvələrdən olan «Anjelina» gavalı sortunun əkilməsi planlaşdırılır.
Saatlıda Naxçıvan göycəsi bağı salınıb - HEKTARDAN 3 TON MƏHSUL VERƏCƏK
Şirkət 2900 hektar ərazidə əkin aparacaq - ARPA, BUĞDA, QARĞIDALI, PAMBIQ
FED.az xəbər verir ki, sözügedən gavalı növü, məhsuldarlığına və satış imkanlarına görə, ən gəlirli meyvələrdən saylıır.
Qeyd edək ki, “Anjelina” gavalı sortu gecyetişən növdür, bu növ Kaliforniya seleksiyaçıları tərəfindən 2 gavalı növünün – yabanı və Çin gavalılarının çarpazlaşdırılmasından yetişdirilib.
Aparılmış tədqiqatlar “Anjelina” gavalı sortunun (Prunus L) Abşeronun quru-subtropik iqlim şəraitində reintroduksiyasının yüksək perspektivliyini təsdiq edir.
Müəyyən edilib ki, 8-10 yaşında olan “Anjelina” gavalı sortunun bir ağacı 50-80 kiloqram məhsul verir. Bir hektarda 400-ə qədər “Anjelina” gavalı ağacı yetişdirilir. Belə halda 1 hektardakı 400 ağacdan 20 tondan 32 tona qədər məhsul yığmaq olar.
Dendrologiya İnstitutu Ağac kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının müdiri Mehriban Qafarova bildirib ki, indiyədək Azərbaycanda meyvə ağaclarının tinglərinə əsas tələbatı digər ölkələrdən (İtaliya, Türkiyə) idxalın hesabına ödənilirdi.
Odur ki, Azərbaycanın meyvə ağacları becərilən zonalarında “Anjelina” tinglərinin idxalının qarşısının alınması məqsədilə bu gavalı sortunun tinglərinin yetişdirilməsi aktual bir məsələ kimi qarşıda durur.
Xat ırladaq ki, «Anjelina» gavalı növü iqtisadi cəhətdən olduqca sərfəli meyvələrdən sayılır. Bu meyvələr iridir və bəzilərinin çəkisi hətta 120 qrama çatır. Azərbaycanın bəzi ərazilərində yetişdirilən bu gavalı əsasən xaricə, Rusiyaya satılır. Qiyməti mövsümdən asılı olaraq dəyişir, amma onun qurusunun satış qiyməti 30 manat ətrafında dəyişir.