İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Ağcabəditaxıl” MMC 600 hektara yaxın ərazidə buğda əkəcək.
FED.az xəbər verir ki, bu barədə “Ağcabəditaxıl” MMC-dən məlumata verilib.
Belə ki, ölkə üçün çox əhəmiyyətli və strateji məhsul sayılan buğda, arpa, qarğıdalı və pambıq istehsalı ilə məşğul olan müəssisə cari il ərzində ümumilikdə 2897.5 hektar ərazidə səpin işləri aparacaq. Onun 695.5 hektarında pambıq, 575 hektarında buğda, 506 hektarında arpa əkiləcək. Bununla yanaşı, 270 hektar ərazidə qarğıdalının birinci əkini, 850 hektar ərazidə isə qarğıdalının ikinci əkini aparılacaq.