Biləsuvar rayonunda arpa biçini davam edir.
Kiloqramı 40-60 qəpiyə alınan kartof 4 xarici ölkəyə ixrac olunur
FED.az xəbər verir ki, fermerlər bildirib ki, builki məhsuldarlıq onları qane etmir.
Belə ki, ötən il orta məhsuldarlıq 26 sentnerə yaxın olub. Bu il isə bəzi ərazilərdə orta məhsuldarlıq 15 sentnerə çatmır.
Onların sözlərinə görə, hazırkı vəziyyət heç ürəkaçan deyil. Çünki mövcud məhsuldarlıq çəkilən xərcləri (şum, toxum alışı, kombayn biçini, daşınma və s.) heç qarşılamır.
Fermerlər məhsuldarlığın bu qədər aşağı düşməsini bir neçə səbəblə izah edirlər. Onların sözlərinə görə, əsas səbəb ötən ay müşahidə olunan qeyri-sabit hava şəraitidir. Nəticədə də sahələrdə alaq otları inkişaf edib.
Qeyd edək ki, bu il rayon ərazisində 39 min 290 hektar taxıl əkininin 9 min 974 hektarını buğda, 24 min 321 hektarını arpa sahələri təşkil edir.
Hazırda təsərrüfatlarda arpa biçini davam etdirilir. Rayon ərazisində 60-dan artıq taxıl biçən kombayn sahələrə cəlb olunub. (Report)