Cəlilabad rayonunda bir aydan çoxdur ki, sahələrdə yetişdirilən kartof məhsulunun yığımı davam edir.
Hektardan 30 ton məhsul götürürük, Rusiya bazarlarına 900 TIR daşınıb - FOTOLAR
FED.az xəbər verir ki, Fermerlər bildiriblər ki, məhsul Rusiya bazarları ilə yanaşı, Gürcüstan, Moldava və Ukraynaya da ixrac olunur.
Hazırda kartofun kiloqramı onlardan 40-60 qəpiyə alınır.
Fermerlər qeyd edib ki, məhsulun alış qiyməti bu il normaldır.
Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu günə qədər təsərrüfatlarda istehsal olunan 38 min tondan çox məhsulun 30 mindən çoxu xarici bazarlara göndərilib.
Qeyd edək ki, bu il Cəlilabad rayonunda 3 min hektar sahədə kartof əkilib. (Report)