Belarusun “Qomselmaş” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın Gəncə Avtomobil Zavodu ilə əməkdaşlığı bərpa etmək niyyətindədir.
FED.az xəbər verir ki, bu barədə ASC-nin yaydığı məlumatda bildirilir.Qeyd olunur ki, hazırda “Qomselmaş” azərbaycanlı tərəfdaşların sifarişi ilə yeni Belarus kombaynını istehsal edir.
“Qomselmaş”ın satış və inkişaf üzrə direktorunun birinci müavini Dmitri Afanasyevin sözlərinə görə söhbət ikinci dərəcəli kombayndan gedir. “İlin sonunadək biz onu Belarusda sınaqdan keçirəcəyik və gələn ildən bu kombaynlar Azərbaycana tədarük etməyi planlaşdırırıq”, - deyə o qeyd edib.
Dmitri Afanasyev əlavə edib ki, razılaşmalara əsasən, Belarus tərəfi Azərbaycana ildə 50-yə yaxın texnika tədarük etməyi planlaşdırır. (Apa)