“Minsk Traktor Zavodu” ASC ilə “Gəncə Avrtomobil Zavodu” İB arasında $15 milyon dəyərində 950 traktor komplektinin təchizatına dair müqavilə imzalanıb.
Müqavilə Belarusun baş nazirinin müavini Roman Qolovçenkonun Azərbaycana işgüzar səfəri çərçivəsində imzalanıb.
FED.az xəbər verir ki, bu barədə “Minsk Traktor Zavodu” 2007-ci ildə “Gəncə Avrtomobil Zavodu” ilə əməkdaşlığa başlayıb, tərəfdaşlarımızla birlikdə burada ümumilikdə 12 mindən artıq traktor yığaraq realizə etmişik. Bu il üçün plan – 1 mindən artıq raktrdur. Bu gün 950 məmulata dair növbəti müqavilə imzalanıb. Gələcəkdə həm istehsal xəttini, həm də sayı artlrmağı planlaşdırırıq”, - “MTZ”-nin baş direktoru Vitali Vovk deyib.
O cümlədən, “Gəncə Avtomobil Zavodu” ilə “Qomselmaş” arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
“Gəncə Avtomobil Zavodu”nun tikintisi 1986-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. 2004-cü ilin sonunda “OKA” azlitrajlı avtomobillərin, daha sonra “UAZ” avtomobillərinin, Çinin “CAN QAN”orta tonnajlı yük avtomobillərinin yığılması ilə fəaliyyətə başlayan müəssisə bu gün ağır texnikanın buraxılmasına hədəflənib. Belarus texnikasının yığılması isdtehsal sahəsi 20 min kvadratmetdəın artıq olan əsas sexdə həyata keçirilir. Burada üç texnoloji xətt yerləşir (biri – traktor xətti, ikisi – avtomobil xətti).
2006-cı ilin oktyabr ayında “QAZ” İB ilk dəfə Minsk traktor və avtomobil zavodları ilə iri müqavilələr bağlayıb. 2007-2022-ci illərdə “Gəncə Avtomobil Zavodu”nda təxminən $230 milyon dəyərində 12 minə yaxın Belarusd traktoru, həmçinin $200 milyon dəyərindən artıq 4 min ədəd MAZ, MTYMZ, “Qomselmaş”, “AMKODOR”, “Belkomunmaş”ın texnikası yığılıb.
Bundan əlavə, Belarus kənd təsərrüfatı texnikasının Azərbaycana ixrac nomenklaturasının genişləndiriməsi perspelktivləri var. Həmçinin, “QAZ” İB Azərbaycanda tələbat olan kənd təsərrüfatı və sərnişin texnikasının geniş xəttinin istehsalı üzrə onun bazasında çoxprofilli sənaye klasterin yaradılması üçün mühüm potensiala malikdir. (İnterfaks-Azərbaycan)