"Azfrut” şirkəti Şəmkir rayonunda gavalı, armud və albalı ağaclarından ibarət meyvə bağlarının salınması layihəsinin reallaşdırılması üçün investor axtarır. Bu barədə hökumətdən məlumat verilib.
FED.az xəbər verir ki, “Azfrut” Azərbaycanın Şəmkir rayonunda 274 hekrat ərazidə gavalı, armud və albalı ağaclarından ibarət meyvə bağlarının salınmasını nəzərdə tutan biznes plan tərtib edib”, - hökumətdən bildirilir.
Layihə 12,6 mln. dollar məbləğində qiymətləndirilir. Bunun 50%-ni şirkət müstəqil qaydada, qalan 50%-ni cəlb olunacaq investorun vəsaiti hesabına maliyyələşdirməyə hazırdır.
Şirkət layihəni 2 il müddəti reallaşdırmaq niyətindədir. Xərclərin çıxarılması müddəti 5 il təşkil edir.
Eləcə də bax: Südlük yoxsa ətlik heyvan biznesi? - AĞILLI SƏRMAYƏ