Azərbaycandan xarici bazarlara alma, armud və heyva ixracında artım davam edir.
Bu ilin ilk yeddi ayı ərzində ölkəmizdən 58 min 941 ton alma, armud və heyva ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,6% artıqdır.
Aqrar Sığorta Fondu bu il 41 rayonda fermerlərə sığorta ödənişi edib
İxrac olunan məhsulun həcmi ilə yanaşı dəyərində də artım müşahidə olunur.
Qeyd olunan dövrdə xarici bazarlara ixrac edilən alma, armud və heyvanın ümumi dəyəri 41 milyon 648 min dollar təşkil edib. Bu məhsulların ixrac dəyəri ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 62,9% artıqdır.
Şəki–Qax–Zaqatala bölgəsində 25–30 % daha az fındıq toplanacağı gözlənilir
Nəticədə bu il xaricə ixrac olunan alma, armud və heyvanın hər kiloqramının orta qiyməti 0,70 dollar və ya 1,20 manat olub.
Ötən ilin bu dövründə isə Azərbaycan xarici ölkələrə 38 min 373 ton alma, armud və heyva ixrac edib, ixracın ümumi dəyəri 25 567 min dollar olub.
Ötən il xaricə ixrac olunan bu meyvələrinin hər kiloqramının orta qiyməti 0,67 dollar və ya 1,13 manat təşkil edib.