Fransanın Cournon-d’Auvergne şəhərində Sommet d’Elevage Beynəlxalq Heyvandarlıq Sərgisinin açılışı olub.
FED.az xəbər verir ki, Clermont-Ferrand şəhərinin meriyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Eləcə də bax: Aqrar sahədə yeni jurnal çap - OLUNUB
Ümumilikdə, sərgiyə 38 ölkədən 35 qonaq və 95 min iştirakçı qatılıb. Tədbirdə 70 növ olmaqla 2000 mal-qara nümayiş olunacaq.
Hər il keçirilən sərgi oktyabrın 4-də başa çatacaq.
"Report"