2025-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycana ümumi dəyəri 384 min 160 dollar olan 72 min 624 ədəd arı idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, arı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 43 min 920 dollar və ya 12,9%, miqdar ifadəsilə isə 904 ədəd, başqa sözlə 1,3% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 340 min 240 dollar dəyərində 71 min 720 ədəd arı gətirilmişdi.
Bu ilin nəticələrinə görə ölkəyə idxal edilən bir arının orta idxal qiyməti 5,29 dollar (təxminən 8,99 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 4,74 dollar (təxminən 8,06 manat) idi. Bu da illik müqayisədə 0,55 dollar (0,93 manat) və ya 11,6% bahalaşma deməkdir.











