Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") bu ilin noyabrın 1-dən Azərbaycanın 16 şirkətinə Rusiyaya pomidor ixrac etməsinə icazə verib.
Eləcə də bax: AQTA sədri: “Bu il 187 müəssisənin pomidor ixracına icazə verilib”
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat verib.
Məlumata görə, bunlar, “Caspian Agro AZ” MMC (Abşeron rayonu), Ələskərov Murad İlqar oğlu (Bakı şəhəri, Xəzər rayonu), “Baku agro AZ” MMC (Bakı şəhəri, Səbail rayonu), “Zirə Agro Orqanik” MMC (Bakı şəhəri, Nəsimi rayonu), Rəhmanov Fuad Qurban oğlu (Bakı şəhəri, Xətai rayonu), “Bizim Aqro” MMC (Bakı şəhəri, Nərimanov rayonu), “Elba Agro 003” (Bakı şəhəri, Nəsimi rayonu), “Can Aqro” MMC (Bakı şəhəri, Nərimanov rayonu), Qasımov Bəhruz Ağahüseyn oğlu (Bərdə şəhəri), Şəfiyev Nofəl Göyüş oğlu (Biləsuvar rayonu), “Teodoro” MMC (Hacıqabul rayonu), “Asad Aqro” (Kürdəmir rayonu), Hüseynov Sərxan Fərasət oğlu (Bakı şəhəri, Xəzər rayonu), “Qrovv Qroup Azerbaijan” MMC (Bakı şəhəri, Xətai rayonu), “Təbi” MMC (Kürdəmir rayonu), “Bağırov” MMC-dir (Kürdəmir rayonu).
Qeyd edək ki, Azərbaycandan Rusiyaya dəmir yolu vaqonları ilə alma və pomidor tədarük etməsinə verilən icazənin 2022 -ci il aprelin 1-nə qədər uzadılmasına qərar verilib.