“Bu ilin 9 ayında Rusiyaya pomidor və alma ixracına müvəqqəti məhdudiyyətin aradan qaldırılması ilə əlaqədar ölkədə aktiv istixana fəaliyyəti ilə məşğul olan 309 təsərrüfat barədə məlumatlar müqabil tərəfə təqdim edilib və 110 təsərrüfatda birgə videomonitorinqlər keçirilib”.
Eləcə də bax: Pomidor istixanalarında zərərvericilərlə bağlı monitorinq aparılır - FOTO
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 9 ayın yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən dövr ərzində 187 müəssisənin pomidor ixracına icazə verilib: "Həmin 187 müəssisənin bu il üzrə ixrac proqnozu 338,699 ton təşkil edir ki, bu da 2020-ci ildə ixrac olunmuş məhsulun 184,5 %-ni təşkil edir".
AQTA sədri deyib ki, həmçinin ixracına müvəqqəti məhdudiyyət qoyulmuş alma məhsullarının ixracının təmin edilməsi ilə bağlı görülmüş tədbirlər nəticəsində Rusiya tərəfindən 70 müəssisənin alma ixracına icazə verilib: "Müvafiq müəssisələrin builki ixrac proqnozu 153,397 ton təşkil edir ki, bu da 2020-ci ildə Rusiyaya ixrac olunan almanın 229 %-ni təşkil edir".