Azərbaycanda pambıq istehsalı ilə bağlı statistik göstəricilər açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkə üzrə ümumilikdə 100 468,1 hektar sahədən 362 882,8 ton məhsul yığılıb, orta məhsuldarlıq isə hektardan 36,1 sentner təşkil edib.
Ölkədə pambıq istehsalının ən böyük hissəsi Mil-Muğan iqtisadi rayonunun payına düşür: 40 517,5 hektar sahədən 145 117,4 ton məhsul əldə edilib. Bu iqtisadi rayonda ən yüksək məhsuldarlıq 42,2 sentner/hektar olmaqla Beyləqan rayonunda qeydə alınıb (8 898,3 hektar sahədən 37 541,2 ton).
Həmçinin Saatlı rayonunda 12 634,1 hektar sahədən 45 733,4 ton (məhsuldarlıq 36,2 sentner/hektar), Sabirabad rayonunda 11 086,2 hektar sahədən 37 507,5 ton (məhsuldarlıq 33,8 sentner/hektar) və İmişli rayonunda 7 898,9 hektar sahədən 24 335,2 ton (məhsuldarlıq 30,8 sentner/hektar) pambıq yığılıb.
Şirvan-Salyan iqtisadi rayonunda 24 865 hektar sahədən 95 079,6 ton pambıq əldə edilib. Burada məhsuldarlıq göstəriciləri kifayət qədər yüksəkdir: Biləsuvar rayonunda 40,5 sentner/hektar (8 028,4 hektar sahədən 32 517,3 ton), Neftçala rayonunda 40,0 sentner/hektar (7 167 hektar sahədən 28 634,6 ton) və Salyan rayonunda 35,1 sentner/hektar (9 669,6 hektar sahədən 33 927,8 ton).
Qarabağ iqtisadi rayonunda 25 577,5 hektar sahədən 91 609,3 ton məhsul yığılıb. Bu bölgədə Bərdə rayonu 8 448,8 hektar sahədən 31 876,4 ton məhsulla (37,7 sentner/hektar) liderlik edir. Tərtər rayonunda 2 796,7 hektar sahədən 10 529,5 ton (37,6 sentner/hektar), Ağdam rayonunda 2 471,3 hektar sahədən 7 786 ton (31,5 sentner/hektar), Ağcabədi rayonunda isə 11 821,7 hektar sahədən 41 304,8 ton (34,9 sentner/hektar) pambıq istehsal olunub. Füzuli rayonunda isə 39 hektar sahədən 112,6 ton (28,9 sentner/hektar) pambıq əldə edilib.
Mərkəzi Aran iqtisadi rayonunda 7 524,8 hektar sahədən 25 046,8 ton məhsul götürülüb. Yevlax rayonunda 3 301,1 hektar sahədən 11 790,6 ton (35,7 sentner/hektar), Zərdab rayonunda 3 099,8 hektar sahədən 10 078,9 ton (32,5 sentner/hektar), Kürdəmir rayonunda isə 1 123,9 hektar sahədən 3 177,3 ton (28,3 sentner/hektar) pambıq istehsal edilib.
Gəncə-Daşkəsən iqtisadi rayonunda, xüsusilə Goranboy rayonunda 1 983,3 hektar sahədən 6 029,6 ton pambıq yığılıb və məhsuldarlıq 30,4 sentner/hektar təşkil edib.











