Azərbaycandan Rusiyaya 61,2 ton bitki məhsulunun ixracının qarşısı alınıb.
Azərbaycanda pomidor ixracından gəlirləri 5%-dək azalıb
FED.az bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, "Rosselxoznadzor"un Dağıstan üzrə İdarəsi məhsullarda karantin fitosanitar tələblərin pozulması halları aşkarlayıb.
Ümumilikdə Azərbaycandan Rusiyaya ixrac edilən 3 partiya - 47,2 ton təzə pomidor və 1 partiya - 14 ton təzə çiyələk saxlanılıb.
Yoxlamalar zamanı fitosanitar sertifikatlara düzəlişlər edildiyi, həmçinin etiket məlumatlarının fitosanitar sertifikatlarla uyğun gəlmədiyi müəyyən edilib. (Report)