Son illər Azərbaycanda meyvə bağlarına marağın artması ölkəyə böyük sayda meyvə tinglərinin və calaqaltıların gətirilməsinə səbəb olub.
Cəbrayılda “Ağıllı Tinglik” və “Dostluq Meşəsi” üçün 4,2 milyonluq layihəyə start verildi
FED.az biznes və iqtisadiyyat xəbərləri portalı xəbər verir ki, hazırda ölkəyə gətirilən meyvə tinglərinin sayı milyonlarla ölçülür. Bu sahəyə hər il milyonlarla dollar sərf edilir.
Azərbaycanda bu sahədə çalışan təşkilatları birləşdirən Azərbaycan Tingçilik Assosiasiyasının sədri Ramil Azməmmədov FED.az-a bildirib ki, hazırda ölkəyə hər il 5-8 milyon ting gətirilir: «Bizdə olan məlumata görə, hər il xaricdən Azərbaycana 5-8 milyon ədəd arasında ting və calaqaltı gətirilir».
Assosiasiya rəhbəri bildirir ki, ölkəyə gətirilən ting və calaqaltıların qiyməti növündən və gətirilmə ölkəsindən asılı olaraq fərqlənir: «Məsələn, calaqaltıların qiyməti 1-1,5 manat və ya 2 manat arasında dəyişir. Tinglərin qiyməti isə daha bahadır. Onlar 7-8-10-15 manat, hətta 20-30 manata satılır».
R.Azməmmədov FED.az-a bildirib ki, ting və calaqaltıların idxalı hər il sahibkar və şirkətərə 30-40 milyon manata başa gəlir: «Bunu hesbalamaq asandır, təqribən 4 milyon ədəd calaqaltı, orta hesabla 1,5 manatdan. Və təqribən 4 milyon ədəd tingi 7-8 manatdan nəzərdə tutduqda, 8 milyon ədədin ölkəyə gətirilməsi hər il təqribən 30-40 milyon manata başa gəlir».