Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Meşələrin İnkişafı Xidməti Cəbrayıl rayonunda meşəçilik istiqamətində irimiqyaslı layihənin icrasına başlayır.
Məktəblərin yüksəksürətli internetlə təmin olunmasına 2,4 milyon - SƏRF OLUNACAQ
FED.az xəbər verir ki, yeni təşəbbüs çərçivəsində Qarabağ Meşəçilik və Təlim Mərkəzinin – “Ağıllı Tinglik Sahəsi”, “Beynəlxalq Meşəçilik Təlim Mərkəzi” və “Dostluq Meşəsi” daxil olmaqla – baş planı və sahədaxili kommunikasiya sistemləri hazırlanacaq.
Layihənin icrasını "Region Mühəndislik" MMC həyata keçirəcək. Müqavilə dəyəri 4.204.814,72 AZN təşkil edir.
Qeyd edək ki, "Region Mühəndislik" MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Hafiz Rəhimov Rəhim oğludur. Hüquqi ünvanı AZ1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, E.Məmmədov, ev 4, m.13 ünvanında yerləşir.