Cari ilin yanvar-sentyabr aylarında 61 227,5 ha əkin sahəsinin 60 179,5 ha sahəsindən tərəvəz yığılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, məhsul yığılmış sahə ötən illə müqayisədə 4 273 ha və ya 6,6% azdır.
Yığım sahəsi, əkin sahəsinin 98,3%-ni təşkil edib.
Keçən iln müvafiq dövründə isə 64 452,8 ha sahədən tərəvəz yığılmışdı.
Hesabat dövründə əkin sahələrindən yığılmış tərəvəzin kütləsi 1 694 659,7 ton təşkil edib ki, bu da illik müqayisədə 29 144,7 ton və ya 1,7% çoxdur. 2022-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə 1 milyon 665 515 ton tərəvəz yığılmışdı.
Hər hektar sahədən yığılmış tərəvəzin kütləsi isə 281,6 sentner təşkil edib ki, bu da son bir ildə 23,2 sentner, yaxud 9% çoxdur.
2022-ci ilin 9 ayında məhsuldarlıq hər hektar üçün 258,4 sentner təşkil edib.