Cari ilin yanvar-sentyabr aylarında 49 min 475.5 ha əkin sahəsinin 49 min 077,4 ha sahəsindən kartof yığılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, məhsul yığılmış sahə ötən illə müqayisədə 4 min 989,3 ha və ya 9,2% azdır.
Yığım sahəsi, əkin sahəsinin 99,9%-ni təşkil edib.
Keçən iln müvafiq dövründə isə 54 min 066,7 ha sahədən kartof yığılmışdı.
Hesabat dövründə əkin sahələrindən yığılmış kartofun kütləsi 981 min 927,1 ton təşkil edib ki, bu da illik müqayisədə 39 min 986,2 ton və ya 3,9% azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə 1 milyon 021 min 923,3 ton kartofyığılmışdı.
Hər hektar sahədən yığılmış kartofun kütləsi isə 200,1 sentner təşkil edib ki, bu da son bir ildə 11,1 sentner, yaxud 5,9% çoxdur.
2022-ci ilin 9 ayında məhsuldarlıq hər hektar üçün 189 sentner təşkil edib.