Azərbaycanda taxıl biçini davam edir.
FED.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu günə qədər ölkə üzrə taxıl sahələrinin 31%-də biçin başa çatıb.
Eləcə də bax: Taxıl sahələrinin 18,3 faizində biçin - BAŞA ÇATIB
Biçilmiş 4 260 hektar sahədən 966 466 ton taxıl yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 30,8 sent/ha, o cümlədən arpa üzrə orta məhsuldarlıq 30,2 sent/ha, buğda üzrə orta məhsuldarlıq 32,9 sent/ha təşkil edir.
Artıq ölkə üzrə 369 904 hektar arpa sahəsinin 241 721 hektarında biçin başa çatıb. Sahələrdən bu günə qədər 730 794 ton arpa yığılıb. Ağdam (36,4 sent/ha), Beyləqan (30,5 sent/ha), Bərdə (39,8 sent/ha), Biləsuvar (32,3 sent/ha), Füzuli (31,3 sent/ha), İmişli (38,4 sent/ha), Neftçala (27,8 sent/ha), Saatlı (36,4 sent/ha), Sabirabad (37,9 sent/ha), Yevlax (28,6 sent/ha) rayonlarında arpa biçini tam başa çatıb.
Biçin prosesində 1 585 kombayn iştirak edir. Bunlardan 737-si "Aqrolizinq" ASC-nin kombaynlarıdır, biçinə həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 848 kombayn cəlb olunub.
Bu il Azərbaycanda 1 010 218 hektar sahədə payızlıq taxıl əkilib.