Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Eləcə də bax: Fermerlərə ilk dəfə birdəfəlik əkin subsidiyası - Ödəniləcək
FED.az xəbər verir ki, dəyişikliklə məcəlləyə yeni 411-2 maddə (Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulması) əlavə edilir.
Yeni maddəyə əsasən, fermer tərəfindən "Elektron kənd təsərrüfatı" informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə - xəbərdarlıq ediləcək və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə olunacaq.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. (Report)