Azərbaycanda son 7 ildə buzlaq sahələri orta hesabla 18 % azalıb.
Azərbaycanda müasir suvarma sistemlərinin tətbiq edildiyi ərazilərin sahəsi açıqlanıb
FED.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, son illərdə ölkəyə daxil olan su ehtiyatlarında da azalma müşahidə edilir ki, burda azalma 18-20 % çivarındadır: “Ötən ilin avqust ayına nisbətən dağ göllərinin sahəsində 4,2 % azalma qeydə alınıb”.
F. Tağıyev bildirib ki, Kür çayının aşağı axınında su səviyyəsinin aşağı olması müşahidə edilir: "Son 3-4 ilə baxsaq görərik ki, ölkə belə bir problemlə üzləşir: artıq Kür çayı dənizə deyil, dəniz Kür çayına axır. Bu o deməkdir ki, Türkiyə ərazisində başlayan Kür çayı Neftçala rayonu ərazisində dənizlə qovuşa bilmir. Bu zamanla su resurslarımıızn azalmasına səbəb olacaq”.
O ölkənin əsas su problemlərini ehtiyatların qiymətləndirilməsi üzrə əkinin su balansı və uçotu sisteminin həyata keçirə bilməmisi ilə izah edib: "Bu istiqamətdə aiddiyyəti qurumlarla, xüsusən Dövlət Su Ehtiyatları Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə Su Komissiyasının tərkibində birgə çalışır, bununla bağlı xüsusi tapşırıqlar var. Amma, bu günə olan reallıq ondan ibarətdir ki, bu sistemi tətbiq edə bilməmişik". (Report)