Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun ərazisində seleksiya fermasının yaradılması istiqamətində işlər aparılır.
Eləcə də bax: Dövlət qurumu fermerlərə - PULLU XİDMƏTƏ BAŞLADI
FED.az xəbər verir ki, bu barədə Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib.
Onun sözlərinə görə, hazırda xırdabuynuzlu heyvanlar seleksiya edilərək, Azərbaycan şəraitinə uyğun yeni məhsuldar cinslərin yaradılması istiqamətində elmi-tədqiqat işləri aparılır.
M.Hacıyev qeyd edib ki, Azərbaycan alimlərinin tövsiyələri əsasında fermada xarici təcrübənin tətbiqi nəzərdə tutulur: “İsrail, Türkiyə, Rusiya, Ukrayna texnologiyasından istifadə edəcəyik. Məqsədimiz ən yaxşı texnologiyadan yararlanmaqdır”.
O əlavə edib ki, Avropadan “İl de Frans”, “Suffolk”, “Lakon”, “Merino Landşaf” və Tacikistandan “Hisar” qoyun cinsləri gətirilib: "Fermada Azərbaycanın müxtəlif bölgələrdən olan “Qala”, “Qaradolaq”, “Bozax” qoyun cinsləri xaricdən gətirilən qoyun cinsləri ilə çarpazlaşdıraraq (Lakon X Bozax) ilkin mələzlər əldə edilib. Mələz heyvanın ilk mərhələdə alınan F1 qoludur. Heyvandarlıqda cins əldə etmək prosesi uzundur. Bu proses qoyunçuluqda və maldarlıqda 5 ildən 10 ilə qədər müddəti əhatə edə bilir”. (Report)